AZ

"Onlar rüsvay olana qədər davam edəcik" - İran

İran ABŞ və İsrail təslim olduqlarını elan edənə qədər döyüşməyə davam edəcək.

"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari deyib.

Zülfüqari Amerika və İsrail hakimiyyət orqanlarına müraciət edərək bildirib ki, "Bu müharibə sizin tam rüsvayçılığınıza, məğlubiyyətinizə və təslim olmağınıza qədər davam edəcək".

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın iki-üç həftə ərzində Amerika ordusu İrana qarşı güclü zərbələr endirəcək və ölkəni yenidən Daş dövrünə qaytaracaq.

 

Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə, Amerika bazalarına və Yaxın Şərqdəki neft infrastrukturuna raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirir. İran həmçinin İranın dəniz neft daşımalarının təxminən 30%-ni təşkil edən Hörmüz boğazını da bağlayıb. Müharibə davam edir. 

Gülayə Mecid 

Seçilən
53
50
unikal.az

10Mənbələr