AZ

TANAP və ABB texniki xidmət haqqında yeni saziş imzalayıb

Bakı.Trend:

"TANAP Natural Gas Transmission Co." (TANAP) şirkəti ABB iləXəzər regionunu Türkiyə üzərindən Avropa ilə birləşdirən iri enerjiinfrastrukturunun tərkib hissəsi olan Trans - Anadolu qaz borukəmərinin (TANAP) texniki xidmətinə dair “ABB Care” adlı beşillikservis sazişi imzalayıb.

Trend bu barədəABB-yə istinadən məlumat verir.

ABB elektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobaltexnologiya lideridir və baş ofisi İsveçrənin Sürix şəhərindəyerləşir.

Saziş çərçivəsində ABB Türkiyə ərazisində yerləşən, uzunluğu 1811,7 kilometr olan boru kəməri boyunca kritik əhəmiyyətliidarəetmə sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətini təminetməyə davam edəcək.

2025-ci ilin sentyabr ayında qüvvəyə minmiş yeni “ABB Care”servis sazişi 2030-cu ilin sentyabr ayınadək qüvvədə olacaq.

“ABB artıq TANAP üzrə texniki xidmətləri ardıcıl üçillik ‘ABBCare’ müqavilələri çərçivəsində təqdim edib. Yeni saziş möhkəm vəuzunmüddətli tərəfdaşlıq üçün əsas yaradır”, – deyə ABB-ninTürkiyədəki "Energy Industries" bölməsinin rəhbəri Barış Ünverbildirib.

Avtomatlaşdırma, elektrikləşdirmə və rəqəmsallaşdırmasahələrində dərin bilik və təcrübəyə malik ABB mühəndisləri günərzində obyekt üzərində çalışaraq proaktiv texniki xidmət, qabaqcılkibertəhlükəsizlik həlləri və sistemin bütün həyat dövrü boyuncamodernləşdirməni təmin edəcək. Bu isə boru kəmərinin yüksəkəməliyyat səmərəliliyinin qorunmasına xidmət edəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin ən böyük seqmenti olan TANAP,Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsiçərçivəsində hasil olunan qazı Gürcüstan-Türkiyə sərhədindənTürkiyənin qərb sərhədinədək nəql edir.

Qaz kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyardkubmetr qaz təşkil edir. Bunun təxminən 6 milyard kubmetriTürkiyəyə verilir, qalan hissə isə Transadriatik qaz kəməri (TAP)vasitəsilə Avropaya yönəldilir. 2025-ci ildə TANAP vasitəsiləTürkiyəyə 5,6 milyard kubmetr qaz ixrac olunub.

TANAP sisteminin gözlənilən istismar müddəti 2062-ci ilə qədərnəzərdə tutulub.

Məqalədə:
Seçilən
64
az.trend.az

1Mənbələr