Cəlilabadda 85 yaşlı kişi yanaraq öldü
Cəlilabadda ahıl kişi yanaraq ölüb.BUTA.TV xəbər verir ki, Maşlıq kənd sakini 1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyev yaşadığı - qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.