Gecə saatlarında Cəlilabadda yanğın hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, saat 23 radələrində rayonun Maşlıq kənd sakini 1941-ci il təvəllüdlü Nuriyev Bəhrəm Bayrı oğlunun yaşadığı və qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikili alovlanıb.
Nəticədə 85 yaşlı kişi vəfat edib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"