AZ

İtaliyanın mundialda olmaması bizim üçün çox üzücüdür Argentinanın baş məşqçisi

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni İtaliyanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsi ilə bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, "Football Italia" dünya çempionu olan məşqçinin dediklərini belə təqdim edib:

"Mənim italyan qohumlarım var və İtaliyada baş verənlər məni kədərləndirir. İtaliya Argentinanın qardaş ölkəsidir. O, qlobal bir gücdür. Ona görə də onun mundialda olmaması biz argentinalılar üçün çox məyusedicidir. Bu, qəbul edilməsi çətin olan acı bir həqiqətdir". 

Qeyd edək ki, İtaliya pley-off finalında bosniyalılara penalti seriyasında (1:4, əsas və əlavə vaxt - 1:1) məğlub olublar.

Mirağa 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
fanat.az

2Mənbələr