AZ

“İki-üç həftə ərzində İrana çox ağır zərbə endirəcəyik və onları daş dövrünə qaytaracağıq” - Donald Tramp

"Amerikanın İrandakı bütün hərbi məqsədlərini çox qısa müddətdə başa çatdırmaq yolundayıq, amma növbəti 2-3 həftə ərzində onlara çox ağır zərbə endirəcəyik".

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində deyib.

Ağ Ev rəhbəri ABŞ-nin İrana qarşı "Epik Qəzəb Əməliyyatı"na başlatdığı zaman qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə nail olduğunu bildirib:

"Bu gecə vurğulamaq istəyirəm ki, İranda əsas strateji məqsədlərimizin tamamlanmasına yaxınlaşırıq. Amerikanın bütün hərbi məqsədlərini çox qısa müddətdə tamamlamaq yolundayıq, lakin növbəti 2-3 həftə ərzində onlara çox ağır zərbə endirəcəyik və bu hücumlarla İranı Daş dövrünə qaytaracağıq”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, əgər razılaşma olmazsa, İranın elektrik stansiyalarını bombalayacağıq.

Amerika lideri həmçinin iddia edib ki, İrandakı məqsədləri heç vaxt rejim dəyişikliyi olmasa da, hakimiyyətdə olanların öldürülməsi müəyyən mənada rejim dəyişikliyinə səbəb olub.

Onun sözlərinə görə, ABŞ İranın neft obyektlərinə zərbə endirməyəcək, çünki Vaşinqton İran xalqına şans vermək istəyir.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
87
missiya.az

1Mənbələr