AZ

Pezeşkian ABŞ xalqına müraciət etdi

ABŞ və İsrailin son aylarda İrana qarşı apardığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda İran prezidenti Məsud Pezeşkian Amerika ictimaiyyətinə müraciət ünvanlayıb. 

Musavat.com xəbər verir ki, İran lideri müraciətində baş verənlərə münasibət bildirərək bir sıra diqqətçəkən məqamlara toxunub.

Pezeşkian vurğulayıb ki, İran xalqı ABŞ, Avropa və ya region ölkələri də daxil olmaqla digər xalqlara qarşı düşmən münasibət bəsləmir. Onun sözlərinə görə, Tehranın atdığı addımlar hücum xarakteri daşımır və yalnız özünümüdafiə çərçivəsində həyata keçirilir.

İran prezidenti ABŞ-nin ölkə infrastrukturuna yönəlmiş zərbələrini sərt tənqid edib və bunun birbaşa mülki əhaliyə qarşı yönəldiyini bildirib. O, bu addımları beynəlxalq hüquq baxımından qəbuledilməz sayıb.

Məktubda həmçinin qeyd olunub ki, Vaşinqtonun bu münaqişədə iştirakı İsrailin siyasəti ilə bağlıdır və bölgədəki hadisələr daha geniş geosiyasi məqsədlərlə əlaqələndirilir.

Pezeşkian əlavə edib ki, İran və ABŞ arasında gərginliyin davam etməsi heç bir tərəf üçün faydalı deyil. O, qarşıdurma ilə əməkdaşlıq arasında seçim edilməli olduğunu vurğulayaraq bunun gələcək nəsillərin taleyinə təsir edəcəyini qeyd edib.

 

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr