AZ

Britaniya müharibəyə qoşulacaq? -

Savaşa qoşulmaq mövqeyimi dəyişmək üçün üzərimdə böyük təzyiq var. Amma bu mövqeni dəyişməyəcəyəm”.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib. O qeyd edib ki, mövqeyini dəyişməsi üçün ciddi təzyiqlər olsa da, qərarını dəyişmək niyyətində deyil. Kir Starmer Yaxın Şərqdə artan gərginliyin və Hürmüz boğazı ətrafında yaranan vəziyyətin iqtisadi təsirlərinə diqqət çəkərək bildirib ki, əsas məqsəd gərginliyi azaltmaq və dəniz yolunun yenidən açılmasına nail olmaqdır.

Baş nazir əlavə edib ki, Böyük Britaniya münaqişəyə cəlb olunmayacaq və bu məsələ ölkənin milli maraqlarına uyğun deyil. Bununla yanaşı, o, təhlükəsizlik və iqtisadi gələcək baxımından Avropa ilə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Seçilən
49
metbuat.az

1Mənbələr