AZ

“Red Bull”dan Ferstappenə möhtəşəm jest: Maaşını al və…

“Red Bull” komandası son vaxtlar Formula 1-dən gedə biləcəyini açıq şəkildə dilə gətirən pilotu Maks Ferstappen üçün xeyirxah addım atmağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Komandanın rəhbərliyi liderini qorumaq istəyir və bunun üçün ona bir illik məzuniyyət təklif etməyə hazırdır. Bu müddət ərzində hollandiyalı pilota demək olar ki, tam maaşı ödənəcək.

Komanda 4 dəfə dünya çempionunun 2027-ci il mövsümünü buraxmasına razılıq verə bilər və bu müddət ərzində Maks illik 60 milyon funt sterlinq qazanacaq.

Seçilən
26
publika.az

1Mənbələr