AZ

İran səfiri: Tehran Britaniyaya məxsus hərbi bazaların qanuni hədəf olub olmamasını nəzərdən keçirir

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyadakı İran səfiri Seyid Əli Musəvi bildirib ki, Tehran Yaxın Şərqdə davam edən gərginlik fonunda Britaniyaya məxsus hərbi bazaların qanuni hədəf olub-olmamasını nəzərdən keçirir.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, səfir qeyd edib ki, bu məsələ İran üçün özünümüdafiə baxımından olduqca vacibdir və yekun qərar Böyük Britaniyanın atacağı addımlardan asılı olacaq.

Onun sözlərinə görə, İran tərəfi Böyük Britaniyanın ABŞ qüvvələrinə Qlosterşirdə yerləşən RAF Fairford hərbi bazasından istifadə etməyə icazə verməsindən narahatdır. Musəvi bu addımı təəssüf doğuran hal kimi qiymətləndirib. Səfir bildirib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin ilkin mövqeyi müsbət olub və İran bu mövqeyi alqışlayıb. O əlavə edib ki, Tehran ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlarda Böyük Britaniyanın birbaşa iştirak etməməsini yüksək qiymətləndirir.

Bununla belə, Musəvi iddia edib ki, RAF Fairford bazası ABŞ-yə məxsus B-2 və B-1 bombardmançı təyyarələrinin silahlandırılması və İran əleyhinə əməliyyatlarda istifadə olunması üçün xidmət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
4
yeniazerbaycan.com

4Mənbələr