AZ

ABŞ Prezidenti axşam xalqa müracət edəcək Neftin qiymətinə təsir edəcək?

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp aprelin 1-də, Vaşinqton vaxtı ilə saat 21:00-da İrana dair mühüm məlumat vermək üçün xalqa müraciət edəcək.

Ağ Evin açıqlaması Trampın dünən jurnalistlərə ABŞ qoşunlarının İranı “iki-üç həftə ərzində” tərk edə biləcəyini deməsindən qısa müddət sonra verilib.

İqtisadçı Ilham Shaban bildirib ki, İran müharibəsi başlayandan bəri neft bazarı ABŞ prezidentinin bəyanatlarına son dərəcə həssasdır. 

Onun sözlərinə görə, faktiki olaraq, hazırda Donald Trampın açıqlamaları neft bazarını yuxarı və aşağı istiqamətdə hərəkət etdirir: “Dünən Brent markalı neftin qiyməti bir barel üçün 119,24 dollara qədər yüksəlmişdisə, bu səhər “qara qızıl” artıq 104 dollardan da aşağı həddə ticarət edilir. Bazar iştirakçıları təxmin edirlər ki, əgər Tramp İranda müharibənin həqiqətən yaxın zamanda başa çatacağını elan edərsə, neft qiymətləri bu gün daha 10–15% aşağı düşə bilər”.

İqtisadçı əlavə edib ki, ABŞ-da “Regular” (Ai-92) markalı benzinin qiyməti 1 qallon üçün 4 dollar həddini (1 litr üçün 1,06 və ya 1,8 AZN) keçib. İranda müharibə başlamazdan öncə ABŞ-da bu marka benzinin litri 0,55–0,59 dollar arasında dəyişirdi.

İlham Şaban vurğulayıb ki, Trampın açıqlamaları həm beynəlxalq neft bazarını, həm də ABŞ-dakı istehlakçı qiymətlərini birbaşa təsir edə bilər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
50
azpolitika.info

10Mənbələr