AZ

İşçidən “rəqibdə işləməyəcəyinə dair” öhtəlik almaq olarmı?

Gununsesi saytına istinadən ain.az xəbər verir.

İşçi və işəgötürən münasibətlərinin bir sıra halları var ki, onlar geniş vüsət almasa da, bəzən problemlər yarada bilir.

Məsələn, çoxluğun bu barədə bilmədiyi bir məsələ də işəgötürənin işçidən “işdən çıxanda rəqibdə işləməyəcəyinə dair” öhtəlik almasıdır.

Maraqlıdır, bu, qanunidirmi?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Rəşad Səfərov danışıb.

O bildirib ki, bu məsələ geniş yayılmasa da, bir sıra şirkətlərdə müşahidə olunur.

“Bir işçi iş yerindən ayrılıq rəqib şirkətə keçməsin, daha dəqiq, keçdiyi zaman əvvəlki iş yerinin sirrləri bölüşülməsin deyə bu hallar mümkündür. Lakin bu məhdudiyyətlər zaman və ərazi baxımından əsaslandırılmış olmalıdır. Əks halda, məhkəmə tərəfindən etibarsız sayına bilər”,- deyə o bildirib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
icma.az

1Mənbələr