AZ

Rəsmi Tehran Trampın İranın atəşkəs üçün ABŞ-a müraciət etməsi barədə dediklərini təkzib edib

Donald Trampın İranın atəşkəs üçün ABŞ-a müraciət etməsi iddiaları yalandır.

Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bildirib.

“İranda ABŞ-la danışıqlar aparmaq məsələsini müzakirə etməyə belə hazır deyillər”, – o vurğulayıb.

Bəqayi həmçinin İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin sağlamlıq vəziyyətindən danışıb. O qeyd edib ki, Ali Rəhbərin vəziyyəti yaxşıdır və müəyyən müddətdən sonra ictimaiyyət qarşısına çıxacaq.

Qeyd edək ki, Trampın sözlərinə görə, İranda yeni rejimin lideri atəşkəs üçün Amerika Birləşmiş Ştatlarına müraciət edib.

Seçilən
6
3
banker.az

5Mənbələr