AZ

Məzahir Pənahov vəzifədən buna görə göndərilir

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aprel ayında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvlərinin beş illik səlahiyyət müddəti bitir.

Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, yaxın günlərdə Milli Məclisdə MSK-nın formalaşdırılacaq yeni tərkibində hazırkı sədr Məzahir Pənahov yer almayacaq.

Bunun səbəblərindən biri MSK sədrinin mart ayında 75 yaşının tamam olmasıdır. Məzahir Pənahov 2026-cı il 13 martda 75 yaşını qeyd edib. Üstəlik, o, 2000-ci il 19 maydan, 26 ildir bu vəzifədədir.

Digər əsas səbəb isə son illər Məzahir Pənahovun adının ailə qalmaqallarında hallanmasıdır. Bir müddət əvvəl MSK sədrinin ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun hamilə arvadını vəhşicəsinə döyməsi və xanımın övladını itirməsi barədə məlumatlar yayılmışdı. Bu məlumatın ardınca Pənahovlar ailəsinin bahalı əmlakları da gündəmə gəldi.

Dünən isə Məhəmməd Pənahovun keçmiş həyat yoldaşı H.Pənahova ilə arasındakı məhkəmə çəkişməsi başa çatıb. Məhkəmənin qərarı ilə Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə 300 min manatlıq əmlak, o cümlədən qiyməti 260 min manata qədər olan zinət əşyaları qaytarılacaq.

Bundan başqa, mətbuatda Pənahovların milyonluq mülklərinin olması barədə də məlumatlar yayılmışdı. Hətta oğlunun yaşadığı ABŞ-ın Los-Anceles şəhərindəki nüfuzlu Bel-Eyr bölgəsində, Hollivud ulduzlarının qonşuluğunda 2 milyon 35 min 400 dollara dəbdəbəli villanın da Məzahir Pənahova aid olduğu bildirilir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının üzvləri sonuncu dəfə Milli Məclisin 2021-ci il aprelin 27-də keçirilən plenar iclasında seçiliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
9
bakivaxti.az

10Mənbələr