AZ

Məzahir Pənahovun oğlu keçmiş həyat yoldaşına bu əmlakları qaytaracaq -

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.

 

“Teleqraf” xəbər verir ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iddiada qeyd olunan əşyalar, onlar olmadıqda isə dəyəri Məhəmməd Pənahovdan alınaraq H.Pənahovaya verilməlidir. Məhəmməd Pənahovun isə qərardan kassasiya şikayət verib. Ali Məhkəmə isə Məzahir Pənahovun oğlunun şikayətin təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

“Teleqraf” mübahisəyə səbəb olan və Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə qaytarılacaq 300 min manatlıq əmlakların siyahısını əldə edib.

 

Söhbət 17 adda qızıl-zinət əşyasından, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsərindən, ümumi dəyəri 60.000 manat olan iki çamadan şəxsi əşyalardan, 40 adda cehiz əşyasından, 10.000 manat puldan, 40 adda şəxsi geyim əşyalarıdan, 9 adda ziyafət paltarlarından gedir.

 

Onlardan bir neçəsini təqdim edirik:

 

1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar - 150 000 AZN;

 

2) Brilyant təkqaş üzük - 50 000 AZN;

 

3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş təkqaş üzük - 40 000 AZN;

 

4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar - 11 000 AZN;

 

5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar - 7 000 AZN;

 

6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar - 20 000 AZN;

 

7) Brilyant üzük - 1 500 AZN;

 

8) Brilyant üzük birkaratlıq zümrüd daşla, yanlarda 0.5 karatlıq 10 brilyant daşla - 1 500 AZN;

 

9) Ağ qızıldan brilyant qolbaq (“Roberto Coin” 23 qram) - 3 000 AZN;

 

10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (“Roberto Coin” 23 qram) - 3 000 AZN;

 

11) Qızıl qolbaq xırda brilyantlarla - 1 500 AZN;

 

12) Sadə qızıl qolbaq - 700 AZN;

 

13) Qızıl üzük kiçik brilyantla - 550 AZN;

 

14) “Rado” İsveçrə saatı - 4 400 AZN;

 

15) “Tissot” saatı - 3 000 AZN;

 

16) “Versace Hellenyium” saatı - 2 266 AZN;

 

17) “Swarovski” saatı - 824 AZN.


Qeyd edək ki, H.Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-ın  Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. Bir müddət əvvəl isə H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair fotolar yayılmışdı.


Seçilən
25
24
senzor.az

10Mənbələr