AZ

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataqulıyev arasında Bakı Beynəlxalq Dəniz Limanında görüş keçirilib.

Publika.az xəbər verir ki, Türkmənistan nümayəndə heyətinə Bakı Limanı haqqında, o cümlədən ADY-yə inteqrasiyasından sonra burada görülmüş işlər və Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə geniş məlumat verilib.

Qeyd olunub ki, ötən il limanda rekord həcmdə - 100 min TEU konteynerdən çox yük aşırılıb, bu da Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalarının nəticəsində mümkün olub.

İkitərəfli müzakirələr zamanı Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması barədə fikir mübadiləsi aparılıb.

Seçilən
37
12
publika.az

10Mənbələr