AZ

Tramp ABŞ ın NATO dakı üzvlüyünə yenidən baxa biləcəyini istisna etməyib

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla bağlı əməliyyatda alyans Vaşinqtonu dəstəkləmədiyi üçün ölkəsinin NATO-dakı iştirakına yenidən baxılması imkanını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, Tramp bu barə “The Daily Telegraph” qəzetinə müsahibəsində qeyd edib.

“Mən heç vaxt NATO-nun tərəfdarı olmamışam. Həmişə bilirdim ki, bu, kağız pələngdir”, - deyə qeyd edib. Onun sözlərinə görə, Rusiya rəhbərliyi də NATO barədə oxşar mövqedədir.

ABŞ prezidenti İranla müharibə başa çatdıqdan sonra NATO üzvlüyünün yenidən qiymətləndirilib-qiymətləndirilməyəcəyi ilə bağlı suala “Bəli” cavabını verib.

Tramp NATO-nun İrana qarşı zərbələrdə ABŞ-ı dəstəkləməməsinə də toxunaraq bildirib ki, alyans avtomatik olaraq Vaşinqtonun tərəfini tutmayıb: “Onların orada olmaması əslində inanılmazdır. Mən bunu çox böyütmədim, sadəcə "ey" dedim. Çox israr etmədim. Amma düşünürəm ki, bu, avtomatik olmalı idi”, - deyə qeyd edib.

O əlavə edib ki, ABŞ digər məsələlərdə, o cümlədən Ukrayna ilə bağlı “avtomatik” şəkildə hərəkət edib: “Ukrayna bizim problemimiz deyildi. Bu bir sınaq idi və biz onların yanında olduq. Amma onlar bizim yanımızda olmadılar”, - deyə bildirib.

Tramp daha əvvəl də NATO üzrə tərəfdaşları ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını dəstəkləmədiklərinə görə tənqid etmişdi. ABŞ dövlət katibi Marko Rubio da "Fox News" kanalına açıqlamasında bildirib ki, Vaşinqton İran əməliyyatı başa çatdıqdan sonra NATO-nun əhəmiyyətini yenidən qiymətləndirəcək.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana yönəlib. İran İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq İsrailə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb. ABŞ-ın regiondakı hərbi obyektləri də Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında zərbələrə məruz qalıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr