AZ

Bir zamanlar aparıcı idilər, indi mühüm vəzifələr tuturlar (SİYAHI)

Azərbaycan televiziya aparıcılarının bir qismi fəaliyyət istiqamətini dəyişərək vəya şaxələndirərək müxtəlif dövlət qurumları və təşkilatlarda məsul vəzifələrə təyin olunublar. İllərlə ekran qarşısında ictimaiyyətə informasiya təqdim edən simalar artıq nazirliklərdə, agentliklərdə, dövlət şirkətlərində və özəl sektorda kommunikasiya siyasətini formalaşdıran əsas fiqurlara çevriliblər.

Mətbuat katibi, ictimaiyyətlə əlaqələr şöbə müdiri, departament rəhbəri və direktor kimi postlara irəli çəkilən bu şəxslərin yeni karyera mərhələsi media icmasında da maraqla qarşılanır.

Bəs hansı aparıcı haraya təyin olunub və hazırda hansı vəzifəni icra edir?

"Yeni Sabah" həmin siyahını təqdim edir.

1. Dilarə Səlim - “Mədəniyyət” telekanalının direktoru

2. Alidə Mustafayevaya - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində “Aztelekom” MMC-nin mətbuat katibi

3. Elvin Basqallı - “Azəristiliktəchizat” ASC-də mətbuat katibi

4. Azər Teymurlu - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorun sözçüsü

5. Rəşad Mehdili - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri

6. Rüstəm İbadov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost İş Mərkəzində İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri

7. Vüsalə Səid Eyyubqızı - “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri” QSC-nin Xəbərlər departamentinin rəhbəri

8. Rüfət Seyidov - AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi

9. Jurnalist Məmməd Ağayev - “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin İcraçı direktorunun müşaviri

10. Tural Xudiyev - Azərbaycan Stolüstü Tennis Federasiyasında mətbuat katibi

11. Orxan Cabbarlı - İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

12. Ariz Tarverdiyev - “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri

13. Afət Telmanqızı - Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

14. Aysel Fərziyeva - "Veysəloğlu Şirkətlər Qrupu"na daxil olan "ARAZ” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinin müdiri

15. Tural Orucov -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi

16. Vəsilə Vahidqızı - Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri

Seçilən
9
5
milliyol.az

6Mənbələr