AZ

Fəridə Lütfəliyeva yeni təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, aprelin 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Seçilən
34
19
ucnoqta.az

10Mənbələr