AZ

Bu ölkə də ABŞ və İsrailin İranla müharibəsinə qoşulur

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazının açılması üçün ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəyə qoşulmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Qəzetə danışan ərəb rəsmilərinin iddiasına görə, BƏƏ-nin İranla bağlı siyasəti müharibədən sonra dəyişib və Səudiyyə Ərəbistanı ilə digər Körfəz ölkələri də müharibənin İran rejimi devrilənə qədər davam etməsini istəyirlər.

Bildirilir ki, BƏƏ Hörmüz boğazını "zor təbiqi ilə" açmaq üçün ABŞ-a və digər müttəfiqlərinə kömək etməyə hazırlaşır. Hətta BƏƏ diplomatları ABŞ, Avropa və Asiya ölkələrini bu müstəvidə koalisiya yaratmağa çağırıblar və boğazın təhlükəsizliyini təmin etmək üçün öz variantlarını nəzərdən keçirirlər.

Seçilən
18
publika.az

1Mənbələr