AZ

Kir Starmer: Hörmüz boğazının açılması üçün bütün diplomatik imkanlardan istifadə olunur

London, 1 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer Hörmüz boğazında azad gəmiçiliyin bərpası ilə bağlı planların müzakirə olunması üçün sammitin keçiriləcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, sammitdə beynəlxalq liderlərin iştirakı gözlənilir.

Baş nazir daha əvvəlki mövqeyini bir daha vurğulayaraq bildirib ki, Böyük Britaniya Yaxın Şərqdəki münaqişəyə cəlb olunmayacaq. Onun sözlərinə görə, yaşayış xərclərinin artımını aradan qaldırmağın ən effektiv yolu gərginliyin azaldılması və Hörmüz boğazının yenidən açılmasını təmin etməkdir.

Kir Starmer əlavə edib ki, Hörmüz boğazının açılması üçün mövcud bütün diplomatik imkanlardan istifadə olunur.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
37
1
azertag.az

2Mənbələr