AZ

BMT İsraili ölüm hökmünün bərpası planlarından imtina etməyəÇAĞIRDI

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk İsraili ölüm hökmünü bərpa etməkdən çəkinməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb:

“Qanun layihəsi İsrailin yaşamaq hüququ da daxil olmaqla, beynəlxalq hüquqi öhdəliklərini açıq şəkildə pozur. Bu, prosedur pozuntuları ilə bağlı ciddi narahatlıqlar doğurur, dərin ayrı-seçkilik xarakteri daşıyır və dərhal ləğv edilməlidir”.

Türk bildirib ki, ölüm cəzasının ayrı-seçkilik xarakterli şəkildə tətbiqi beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunacaq.

Onun sözlərinə görə, bu cəzanın İşğal Edilmiş Fələstin Ərazisinin sakinlərinə tətbiqi müharibə cinayəti kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, İsrail parlamenti – Knesset israilliləri qətlə yetirməkdə təqsirli bilinən fələstinlilərə ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun qəbul etmişdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
64
27
redaktor.az

10Mənbələr