AZ

Məzahir Pənahov vəzifədən buna görə göndərilir

Aprel ayında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvlərinin beş illik səlahiyyət müddəti bitir.

Publika.az xəbər verir ki, yaxın günlərdə Milli Məclisdə MSK-nın formalaşdırılacaq yeni tərkibində hazırkı sədr Məzahir Pənahov yer almayacaq.

Bunun səbəblərindən biri MSK sədrinin mart ayında 75 yaşının tamam olmasıdır. Məzahir Pənahov 2026-cı il 13 martda 75 yaşını qeyd edib. Üstəlik, o, 2000-ci il 19 maydan, 26 ildir bu vəzifədədir.

Digər əsas səbəb isə son illər Məzahir Pənahovun adının ailə qalmaqallarında hallanmasıdır. Bir müddət əvvəl MSK sədrinin ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun hamilə arvadını vəhşicəsinə döyməsi və xanımın övladını itirməsi barədə məlumatlar yayılmışdı. Bu məlumatın ardınca Pənahovlar ailəsinin bahalı əmlakları da gündəmə gəldi.

Dünən isə Məhəmməd Pənahovun keçmiş həyat yoldaşı H.Pənahova ilə arasındakı məhkəmə çəkişməsi başa çatıb. Məhkəmənin qərarı ilə Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə 300 min manatlıq əmlak, o cümlədən qiyməti 260 min manata qədər olan zinət əşyaları qaytarılacaq.

Seçilən
30
9
publika.az

10Mənbələr