AZ

Yazda yay havası: 23-25 dərəcə isti gözlənilir!

Aprelin 2-i Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib.

Bakı və Abşeron yarımadası ərazisində hava dəyişkən buludlu olacaq, arabir tutulsa da əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Səhər ayrı-ayrı ərazilərdə duman müşahidə olunacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti təşkil edəcək, atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət isə 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecəyə doğru bəzi yerlərdə yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı ehtimalı var, gecə və səhər saatlarında bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək, temperatur gecə 8-12° isti, gündüz 20-25° isti, dağlıq ərazilərdə isə gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava hökm sürəcək, lakin axşam saatlarında bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə sulu qar ehtimal olunur, arabir duman müşahidə ediləcək və şərq küləyi əsəcək. Temperatur gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, eləcə də Daşkəsən-Gədəbəy və Göygöl ərazilərində hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə az yağış ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək, temperatur gecə 2-7° isti, gündüz 13-18° isti təşkil edəcək.

Şərqi Zəngəzur bölgəsində – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda əsasən yağmursuz hava gözlənilir, arabir duman olacaq və şərq küləyi əsəcək. Temperatur gecə 2-7° isti, dağlıq ərazilərdə 2°-dək şaxta, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda hava əsasən yağmursuz keçəcək, lakin gecəyə doğru bəzi yerlərdə yağıntı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə şimşək çaxacaq, arabir duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Temperatur gecə 7-11° isti, gündüz 17-22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı keçəcək. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir, arabir duman olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 5-10° isti, gündüz 16-21° isti, dağlıq ərazilərdə gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava əsasən yağmursuz olacaq, arabir duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Temperatur gecə 8-12° isti, gündüz 20-25° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman və çiskin müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək, temperatur gecə 11-15° isti, gündüz 18-23° isti, dağlıq ərazilərdə gecə 8-10° isti, gündüz 15-18° isti olacaq.


Telegram kanalımız
Seçilən
33
21
yenisabah.az

10Mənbələr