AZ

İranın məhkəmə rəhbərinin müharibə bağlı açıqlaması

İranın məhkəmə sisteminin rəhbəri Qulam Möhsün Ejayi ABŞ ilə davam edən münaqişə ilə bağlı sərt açıqlama verib. O bildirib ki, Tramp İrana hücum etməkdə heç bir məqsədinə çatmayıb.

“Hücumun uğursuzluğundan sonra o, indi müharibə maşınını maliyyələşdirmək üçün qonşularımıza müraciət edir”-deyə Ejayi vurğulayıb.

Onun sözlərinə görə, bu müharibənin sonu amerikalıların bölgədən qovulması və silahlı İsrail strukturunun sonunun başlanğıcı olacaq.

Ejayi qeyd edib ki, məhkəmə sistemi beynəlxalq arenada Amerika-İsrailin təcavüzünün hüquqi və məhkəmə aspektlərini yaxından izləyir.

Tramp İranda əməliyyatın bitməsi üçün vaxt cədvəli elan edib.

AzPost.az

Seçilən
35
1
azpost.info

1Mənbələr