AZ

Nazir onu vəzifəsindən azad etdi -

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru vəzifəsindən azad olunub. Metbuat.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Mətanət Tələt qızı Əfəndiyeva sözügedən institutun direktoru vəzifəsindən azad edilib, yerinə direktor əvəzi, həmin səhiyyə müəssisənin baş həkimi Əliyeva Nurlana Vilayət qızı gətirilib. Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Mətanət Əfəndiyeva 22 yanvar, 2024-cü ildə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin olunmuşdu.

Seçilən
8
19
metbuat.az

10Mənbələr