AZ

İsrail daha bir SEPAH komandirini öldürdüyünü açıqladı 

İsrail ordusu  SEPAH-ın Qüds Qüvvələrinin mühəndislik şöbəsinin rəisi Mehdi Vəfainin öldürüldüyünü açıqlayıb.

Ölkə.az xəbər verir ki, İsrail ordusun verdiyi məlumata görə, Vəfai dünən İsrailin İrana endirdiyi hava hücumu nəticəsində öldürülüb.

"Vəfai korpusun mühəndislik bölməsinin rəhbəri olduğu 20 il ərzində Livan və Suriya boyunca yeraltı layihələri təşviq edib", - məlumatda qeyd olunub.

İsrail ordusu iddia edir ki, Vəfai Suriyada Hizbullah və Bəşər Əsəd rejimi üçün yeraltı infrastrukturun yaradılması səylərinə rəhbərlik edib və Livanda qabaqcıl silahların saxlanması üçün istifadə edilən onlarla yeraltı obyekti idarə edib.

Mürtəza

Seçilən
76
olke.az

1Mənbələr