AZ

Polis 67 kiloqramdan artıq narkotik vasitə və 201 ədəd metadon həbi aşkarladı

Azərbaycanda ötən gün polis narkotiklərin aşkar olunması və götürülməsi ilə bağlı əməliyyat tədbirləri görüb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 31-də ümumi çəkisi 67 kiloqramdan artıq narkotik vasitə və 201 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
 
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
 
Seçilən
32
2
moderator.az

3Mənbələr