AZ

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov məlumat yayıb.

Martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə əslən azərbaycanlı Rəşad Fəzail oğlu Məmmədov həlak olub.

Onun müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində döyüşdüyü, əvvəllər dəfələrlə yaralandığı bildirilib./bakivaxti.az/

Seçilən
43
11
turkustan.az

10Mənbələr