AZ

Dələduzluqda təqsirləndirilən qardaşlar yenidən məhkəmə qarşısında

Bakıda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümumilikdə 191 950 manat pulunu ələ keçirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qardaşlar barəsində bəraət hökmü çıxarıb. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən həm kassasiya protesti, həm də kassasiya şikayəti verilib. Ali Məhkəmənin qərarına əsasən, həm protest, həm də şikayət təmin olunmayıb. Daha sonra Ali Məhkəmə aşağı instansiya məhkəməsinin çıxardığı qərarı tamamilə ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib.

 

Kamal Məmmədov

Tarix: 1 Aprel 2026, 09:49   
Seçilən
46
pravda.az

1Mənbələr