AZ

Bu əlamətlər varsa, artıq pivə asılılığınız başlayıb

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaz aylarında havaların isinməsi ilə bir çoxları pivəni asan və təhlükəsiz istirahət vasitəsi hesab edir. Lakin psixiatr Anton Rudkovski bildirir ki, bu mövsümdə yüngül alkoqollu içkilərə meylin artması asılılıq riskini dəfələrlə çoxaldır."AlkoSpas" klinikasının eksperti pivəyə qarşı formalaşan "məsum içki" imicinin aldadıcı olduğunu diqqətə çatdırır. Onun sözlərinə görə, tibbi baxımdan pivənin tərkibindəki etanol beyinə eyni dərəcədə təsir edir və vərdiş yaradır.Yazda günlərin uzanması və insanların çöldə daha çox vaxt keçirməsi pivə istehlakını gündəlik həyatın bir hissəsinə çevirir. İnsanlar sərt içkilərdən fərqli olaraq pivəni hər mühitə uyğunlaşdıra bildikləri üçün

ondan istifadə tezliyi nəzərə çarpmadan artır. Orqanizmdə baş verən hormonal dəyişikliklər, yorğunluq və həyəcan hissi də insanları bu yolla rahatlamağa sövq edir."Pivə alkoqolizminin ən təhlükəli tərəfi onun tədricən inkişaf etməsidir. Sərt içkilərdə olduğu kimi kəskin zəhərlənmə halları dərhal baş vermədiyi üçün şəxs problemi uzun müddət dərk etmir".Psixiatr qeyd edir ki, mütəmadi istifadə zamanı dözümlülük artır və içkinin həcmi getdikcə çoxalır. Bu isə sonradan daha ağır içkilərə keçid və xroniki asılılıq üçün zəmin yaradır."İnsanlar pivəni təhlükəsiz alternativ kimi görsələr də, böyük miqdarda gündəlik istehlak asılılığın birbaşa göstəricisidir. Əgər içki stresslə mübarizə üsuluna çevrilibsə, onsuz qaldıqda qıcıqlanma yaranırsa və həcmi azaltmaq cəhdləri uğursuz olursa, artıq həyəcan təbili çalınmalıdır. Rudkovskinin fikrincə, asılılıqdan qorunmaq üçün içki qəbulu tezliyinə nəzarət etmək və emosional gərginliyi alkoqolsuz aradan qaldırmağa çalışmaq vacibdir", - o fikrini yekunlaşdırıb.Həmçinin oxu:

Kilosu 15 manata satılır: Ürəyi gücləndirir, xərçəng riskini azaldır

Nə mal, nə qoyun: Ən sağlam ət növü budur

Xərçəngdən qoruyan sadə içki: Çay əvəzinə çox adam onu seçirİsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
demokrat.az

1Mənbələr