AZ

Azərbaycanda bu institutu bitirənlərə 12 min manat verilir SƏBƏB

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlar və onların ailələri üçün sosial təminat paketi maraq doğurub.

Bakıvaxtı.az-ın xəbərinə görə, qeyd olunur ki, institutda təhsil alan hər bir kursant aşağıdakı sosial ödəniş və təminatlarla əhatə olunur:

500 manat məbləğində birdəfəlik ödəmə;150 manat məbləğində aylıq təqaüd;200 manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;200 manat məbləğində şəxsi hesabda yığılan aylıq ödəniş.

Bundan əlavə, bildirilir ki, Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə tam şəkildə təmin olunurlar – geyim, yaşayış, qidalanma və digər logistika təminatları dövlət tərəfindən qarşılanır.

Məlumata görə, institutun məzunlarına yalnız hərbi ixtisas deyil, eyni zamanda uyğun mülki ixtisas üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi də verilir. Bu isə məzunların gələcək karyera imkanlarını daha da genişləndirir.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
bakivaxti.az

1Mənbələr