AZ

Zaqatalada maşınlar toqquşdu Şəhid atası yaralandı

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Gözbarax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “VAZ-2109” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, qəza zamanı xəsarət alan “VAZ-2107”nin sürücüsü Ramazan Mahmudov Vətən Müharibəsi şəhidi Natiq Mahmudovun atasıdır.

Mübariz Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
11
qafqazinfo.az

10Mənbələr