AZ

Pedaqoji Universitet yeni əməkdaşlığa başlayır

Bakı, 13 mart, AZƏRTAC

Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində anlaşma memorandumu imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq akademik təcrübə mübadiləsi və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.

Fatih Sultan Mehmet Vakıf Universiteti 2010-cu ildə qurulmuş bir vəqf universitetidir və təhsil sahəsində geniş fəaliyyət dairəsinə malikdir. Universitetin 7 fakültəsi, iki institutu (Magistratura Təhsil İnstitutu və Professor Fuat Sezgin İslam Elm Tarixi İnstitutu), bir peşə məktəbi və iki xarici dil üzrə hazırlıq bölməsi (ərəb dili hazırlıq proqramı, ingilis dili hazırlıq proqramı) mövcuddur.

Seçilən
52
1
azertag.az

2Mənbələr