AZ

Bahar Candan həbs cəzasına məhkum edilib

Türkiyədə dələduzluq və cinayətkar təşkilata üzvlük ittihamı ilə mühakimə olunan şəxslərlə bağlı məhkəmə qərarı açıqlanıb.

Far.Az xəbər verir ki, qərara əsasən, təşkilatın rəhbəri Onur Apaydın 231 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Bahar Candan barəsində isə "cinayətkar təşkilata üzvlük" maddəsi ilə 2 il 6 ay həbs cəzası təyin edib.

İş üzrə digər əsas cinayətkarlardan biri, İlker Oflu 2 il 6 ay cəza alsa da, bəzi epizodlar üzrə sübutların kifayət etmədiyi əsas gətirilərək azadlığa buraxılıb.

Bildirilib ki, həyatını itirən Nihal Candan (Gülnihal Çiçək) barəsində açılmış cinayət işi isə dayandırılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ucuz avtomobil satışı vədləri ilə vətəndaşları aldatmaqda ittiham olunurdu.

Seçilən
9
1
far.az

2Mənbələr