Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, yığma A qrupunda yer alıb.
Komanda İsveçrə, İslandiya və İrlandiya ilə üz-üzə gələcək.
Xatırladaq ki, AVRO-2029-un ilkin seçmə mərhələsinin qarşılaşmaları noyabrın 8-18-i aralığında və 2027-ci il, fevralın 7-17-də baş tutacaq.