AZ

"Avroviziya" Asiyada da keçiriləcək

"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.


Manset.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi yayımçısı olan Avropa Yayım Birliyi məlumat yayıb.

Məlumata görə, 2026-cı ildə əsas "Avroviziya" ilə yanaşı, müsabiqənin Asiya versiyası da keçiriləcək. Bu müsabiqənin ilk ev sahibi Tailandın paytaxtı Banqkok olacaq və final noyabrın 14-də keçiriləcək.

Təşkilatçılar bildiriblər ki, bu, "Avroviziya"nın 70 illik yubileyi ilə əlaqədardır. "Avroviziya Asiya-2026" müsabiqəsində Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Tailand və Vyetnam iştirak edəcək. Siyahının genişlənəcəyi gözlənilir.

Qeyd edək ki, 70-ci "Avroviziya-2026" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Yarımfinallar mayın 12 və 14-də, final isə mayın 16-da ölkənin ən böyük qapalı arenası olan "Wiener Stadthalle"də baş tutacaq.

Seçilən
10
11
manset.az

10Mənbələr