AZ

Sakinlər faciədən danışdılar: "Hamını çayın qırağında vurdular"

1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı Naxçıvandan da yan keçməyib.

Culfa rayonunun ən böyük kəndlərindən biri olan Yaycıda amansız qətllər törədilib. Tarixi mənbələrə görə, burada 2 000-dən çox insan qətlə yetirilib.

Kənd sakini Abbas Rəcəbov soyqırımının dəhşətləri barədə danışarkən bildirib ki, anası həmin hadisələrin şahidi olub:

"O deyirdi ki, atam gəlib bizi evdən çıxardı. Arazı keçəndə ermənilər hamını vururdular. Yaycıda yüzlərlə insan Arazda axdı. Anam deyirdi ki, dörd bacım gözümüzün qabağında çayda axıb getdi", - deyə o, sözlərinə əlavə edib.

Seçilən
10
far.az

1Mənbələr