AZ

“Məqsədlərin yarısına nail olmuşuq” Netanyahu müharibənin bitmə vaxtını açıqlamadı

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu müharibənin 32-ci günündə hədəflərinin nə vaxt tam reallaşdırılacağını açıqlamaqdan imtina edib.

Netanyahu “Newsmax” telekanalına verdiyi müsahibədə bildirib ki, İsrail artıq qarşıya qoyulan məqsədlərin təxminən yarısını yerinə yetirib.

Onun sözlərinə görə, İsrail qüvvələri silah istehsalı ilə məşğul olan müəssisələrin böyük hissəsini və İranın nüvə proqramını məhv edib, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə üzvünü zərərsizləşdirib.

Netanyahu bir daha vurğulayıb ki, İsrailin əsas məqsədi İranda rejim dəyişikliyi deyil. Bununla belə, o bildirib ki, İran İslam Respublikası “daxildən çökəcək”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
azpolitika.info

1Mənbələr