AZ

Yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Şahmat Federasiyasından  XQ-ə verilən məlumata görə, Şahmat üzrə 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Bildirilib ki, yarış ilk dəfə paytaxtdan kənarda - Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub.

Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2 000 manatadək maddi dəstək göstəriləcək.

N.AdilqızıXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
xalqqazeti.az

10Mənbələr