AZ

Şahmat üzrə ölkə çempionatına yekun vurulub

Bakı, 31 mart, AZƏRTAC

Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarış ilk dəfə paytaxtdan kənarda - Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub. Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb

Müxtəlif yaş kateqoriyalarında qalib və mükafatçıları təqdim edirik.

8 yaşadək oğlanlar və qızlar – Ziya Qubatov (Quba), Əminə Əmənzadə (Bakı)

10 yaşadək oğlanlar və qızlar – Nurlan Qənizadə (Bakı), Nurcan Tahirova (Gəncə)

12 yaşadək oğlanlar və qızlar – Səfa Hümmətov (Bakı), Mehriban Əhmədli (Gəncə)

14 yaşadək oğlanlar və qızlar – Şəmsi Qaraxanov (Bakı), Zəhra Allahverdi (Mingəçevir)

16 yaşadək oğlanlar və qızlar – Paşam Əlizadə (Bakı), Lalə Hüseynova (Bakı)

18 yaşadək oğlanlar və qızlar – Tunar Davudov (Bakı), Nərmin Abdinova (Bakı)

Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. Üçüncü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2 min manat maddi dəstək göstəriləcək.

Müxbir – Cavid Əliyev

Seçilən
17
9
azertag.az

10Mənbələr