AZ

BDYPİ: Yolu nəzərdə tutulmayan yerlərdən keçməyin

Bakı, 31 mart, AZƏRTAC

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi hər zaman mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, piyadavurma hadisələrinin sayının azaldılması bilavasitə piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən bu məqsədlə mütəmadi olaraq ölkə ərazisində zəruri tədbirlər həyata keçirilir: “Növbəti belə tədbir paytaxtın Sabunçu rayonunda ərazi polis orqanının və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə təşkil olunub. Dövlət Yol Polisinin əməkdaşları həmsöhbət olduqları piyadalara yol hərəkəti qaydalarını bir daha xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, qəflətən yolun hərəkət hissəsinə çıxmağın təhlükəli davranışlar olduğunu izah edib, zəruri tövsiyələr veriblər”,- deyə məlumatda vurğulanıb.

Seçilən
19
1
azertag.az

7Mənbələr