AZ

Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı kimdir?-Övladları var

 

 
  •  
  •  
  •  
  •  

Milyarder və "Ağalarov" şirkətlər qrupunun sahibi, 40 ildən çox evli olduğu həyat yoldaşı İrinadan boşanaraq 26 yaşlı sevgilisi Alyona İvanova ilə evlənib.

Musavat.com xəbər verir ki, bu barədə "Adolfino Berlusconi" teleqram kanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yeni evlənən cütlüyün artıq uşaqları var. Toydan sonra milyarderin seçdiyi qadın sosial şəbəkələrdə və fərdi sahibkarlıq fəaliyyətində soyadını Ağalarova olaraq dəyişib.
Bundan əvvəl iş adamı uzun illər sinif yoldaşı İrina ilə evli olub. 1979-cu ildə onların oğlu Emin Ağalarov dünyaya gəlib, səkkiz il sonra isə qızları Şeyla anadan olub. Ağalarovların ayrılması barədə ictimaiyyətə rəsmi açıqlama verilməyib.

1280_69ca68f1b09c60785c6feffc.jpg

Bəs Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alyona İvanova kimdir?

Araz Ağalarovun yeni həyat yoldaşı Alyona İvanova haqqında açıq mənbələrdə bəzi əlavə məlumatlar da yer alır.

Bildirilir ki, Alyona fərdi sahibkardır və reklam, marketinq xidmətləri göstərir. Araz Ağalarov ilə rəsmi nikaha daxil olduqdan sonra o, yalnız pasportunda deyil, həm də sosial şəbəkələrdə soyadını dəyişərək Ağalarova edib.

Keçən yay Alyona evli sevgilisi ilə münasibətini gizlətməyi dayandırıb. O zaman ilk dəfə olaraq onunla və ortaq uşaqları ilə birgə fotosunu paylaşıb. Şəkil "DREAM Fest" zamanı Bakıda çəkilib; həmin festival Emin Ağalarov tərəfindən təşkil olunur.

Alyona tez-tez ictimai tədbirlərdə görünsə də, sosial şəbəkələrini əsasən qapalı saxlayır. Sosial şəbəkə istifadəçiləri onun görünüşcə Ağalarovun keçmiş həyat yoldaşına bənzədiyini də qeyd ediblər: hər iki qadın qarasaçlıdır və üz cizgiləri - yanaq sümükləri, dolğun dodaqlar və ifadəli qaşlar - oxşardır.

1280_69ca6a49b09c60785c6ff1a2.jpg

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
2
olaylar.az

10Mənbələr