AZ

Tətil bitdi: İşə necə uyğunlaşaq?

11 günlük uzunmüddətli tətil dövrü artıq geridə qaldı. 

Təcrübə göstərir ki, belə uzun fasilələrdən sonra iş rejiminin tempinə yenidən uyğunlaşmaq və əvvəlki məhsuldarlığı bərpa etmək əməkdaşlar üçün ilk iş günlərində müəyyən psixoloji və fiziki çətinliklər yarada bilir. Hətta bəzi insanlar işə uyğunlaşmaqda çətinlik çəkdiyi üçün verilən tapşırığı yaxşı yerinə yetirə bilmirlər.

Mövzu ilə bağlı psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, tətil sonrası işə adaptasiya olmaq heç də asan olmur: 

395412

“Üstəlik, bu hal əksər insanlarda müşahidə olunur. Faktiki olaraq, uzunmüddətli tətildən sonra ilk gündə işə öyrəşmək, yuxudan oyanmaq, səhər işə getmək, görüləcək işləri icra etmək çətin olur. Bayramdan sonrakı dövrdə ən çox rast gəlinən problemlərdən biri məhz yuxu rejiminin pozulmasıdır. Bu vəziyyət baş ağrısı, həzm çətinlikləri, oynaq ağrıları, əsəbilik və motivasiya azalması kimi narahatlıqlara səbəb ola bilir”.

Ekspert qeyd edib ki, bu problemlərlə qarşılaşmamaq üçün ilk günlərdə bədəni və zehni yavaş-yavaş əvvəlki iş ritminə qaytarmaq daha doğru olar:

“Əks halda, istirahət dövründə toplanan enerji qısa müddətdə tükənə bilər. Yaxşı olar ki, yeni işə başlayanlar ilk günlərdə özlərini həddindən artıq yükləməsinlər və iş prosesinə tədricən uyğunlaşsınlar. Çünki onsuz da zamanla işə yenidən uyğunlaşacaqlar”. 

Günel Cəlilova

Seçilən
32
10
hit.az

10Mənbələr