AZ

70 yaşlı Araz Ağalarov 27 yaşlı xanımla ailə həyatı qurub


“Crocus Group” şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov 40 ildən çox birlikdə yaşadığı həyat yoldaşı İrina Ağalarovadan ayrılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 70 yaşlı iş adamı 27 yaşlı Alyona İvanova ilə rəsmi nikah bağlayıb.
Məlumata görə, Araz Ağalarovun yeni həyat yoldaşı bu barədə sosial media hesablarında məlumat verib.
O, həmçinin, sosial media hesablarında və sənədlərində soyadını Ağalarova olaraq dəyişdirdiyini bildirib.
Ağalarovun yeni həyat yoldaşından uşağının dünyaya gəldiyi də bildirilir.
Qeyd edək iş adamının ilk evliliyindən iki övladı var: oğlu Emin və qızı Şeyla.

Emin Ağalarov, İrina Ağalarova, Araz Ağalarov
Seçilən
15
27
yeniavaz.com

10Mənbələr