AZ

Dünyanın ən böyük yük PUA-sı ilk uçuşunu yerinə yetirib

Pekin, 31 mart, AZƏRTAC

Çinin 7 tonluq logistika pilotsuz uçuş aparatı (PUA) olan “Changying-8” ilk uçuşunu yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, bu barədə PUA-nın istehsalçısı “China North Industries Group Corporation Limited” (NORINCO) şirkəti açıqlama yayıb. Cincou şəhərində baş tutan ilk uçuşun məqsədi ağıllı uçuş idarəetməsi, yanacaq təchizatı və uçuş keyfiyyəti kimi müxtəlif sistemlərin əsas aspektlərini yoxlamaqdır.

Çin mütəxəssislərinin hazırladığı uzunluğu 17 metr, qanad açılımı 25 metr olan “Changying-8” dünyada ən böyük yük PUA-sıdır. Onun 18 kubmetrlik yük bölməsinə müxtəlif növ standart hava yük konteynerlərini yerləşdirilə bilər.

“Changying-8” 7 tonluq uçuş çəkisinə, 3,5 tonluq faydalı yük tutumuna və 3 min kilometrdən çox maksimum uçuş məsafəsinə malikdir. O, 200 metrlik qısa məsafədə qalxıb-enə bilir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Seçilən
5
6
azertag.az

7Mənbələr