AZ

UEFA Millətlər Liqası: C və D divizionlarında həlledici pley-off matçları

Bu gün UEFA Millətlər Liqasında C və D divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün pley-off oyunlarının cavab qarşılaşmaları keçiriləcək.
 
Moderator.az xəbər verir ki, Latviya millisi Cəbəllüttariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
Bu cütlər arasındakı Cəbəllüttariq - Latviya oyunu 0:1, Malta - Lüksemburq oyunu isə 0:2 hesabı ilə bitib.
 
Qeyd edək ki, Cəbəllüttariq - Latviya matçının qalibi C liqasının ikinci, məğlubu D liqasının birinci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C liqasının dördüncü, məğlubu isə D liqasının birinci qrupunda mübarizə aparacaq.
 
Seçilən
24
10
moderator.az

10Mənbələr