AZ

“Qiyamət Radiosu”ndan yeni mesajlar

Rusiyanın məşhur radio stansiyası UVB-76 (“Qiyamət Radiosu”) növbəti mesajını yayımlayıb.

Publika.az xəbər verir ki, stansiya bu dəfə efirə “şeyx” sözünü ehtiva edən yeni kodlaşdırılmış mesaj ötürüb. Bundan təxminən bir saat sonra isə efirdə daha bir qeyri-adi söz - “srezovak” - səsləndirilib.

Qeyd edək ki, UVB-76 - 1976-cı ildən bəri yayımlanan qısadalğalı radiostansiyadır. Radiohəvəskarlar arasında "vızıldayan" (жужжалка) adını alıb, çünki efirin böyük hissəsini küy və xarakterik vıyıltı səsi tutur. Onun dalğalarında sosial şəbəkə istifadəçilərinin dünya hadisələri ilə əlaqələndirdiyi kodlaşdırılmış mesajlar ötürülür.

Seçilən
72
publika.az

1Mənbələr