AZ

ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini BƏRPA edir

Ajans.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti "Bloomberg News" agentliyinə məlumat verib. "ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etməsi prezidentin Venesuela üzrə üçmərhələli planının həyata keçirilməsində əsas mərhələdir", - deyə Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott bildirib.

Dövlət Departamentindən qeyd olunub ki, səfirliyin fəaliyyətinin bərpası ABŞ-nin Venesuelanın müvəqqəti hökuməti, vətəndaş cəmiyyəti və özəl sektoru ilə birbaşa qarşılıqlı əlaqə qurmaq imkanlarını gücləndirəcək.

Seçilən
41
4
Ajans.az

5Mənbələr