Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Chevrolet ", "Mercedes" və BMW" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.